5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

İnsanlar niyə məhz beşbarmaqlıdır?

12-01-2017 | 12:51 | | Oxunma sayı:
Baş Admin: Ramil
İnsanlar niyə məhz beşbarmaqlıdır?

Alimlər, nəhayət, niyə insanın əlində beş barmağın olması məsələsinə aydınlıq gətiriblər.

Məməlilərin əksəriyyətinin ətraflarının beş barmaqdan ibarət olması sirr deyil. Bu, bizə qədim balıqlardan miras qalmış DNK genlərinin mutasiyası ilə bağlıdır.  
 
Monreal Universitetindən olan mütəxəssislər apardıqları tədqiqat nəticəsində ayırd ediblər ki, balıqların üzgəcləri ilə məməlilərin barmaqları öz əsaslarını eyni gendən götürüblər.  Alimlər həmçinin ətraflarda beş barmağın olmasının sirrini çözüblər.  Mütəxəssislər siçanların embrionları və qırmızı akvarium balıqları olan danio-pepionun inkişafını müşahidə ediblər. Məlum olub ki, siçan embrionunun genləri ətrafların uclarının müxtəlif hissələrində aktivləşir. Balıqların üzgəclərində isə bu aktivləşmə zəncir formasında baş verir.  Sonuncu təcrübə zamanı alimlər balıq genlərini və gəmirici genlərini ayrı ayrılıqda aktivləşdirirlər. Məlum olur ki, belədə onlarda 5 barmaq deyil, 7 barmaq əmələ gəlir.  
 
Kanadalı genetiklər hesab edirlər ki, beş barmağa keçid DNK-ların mutasiyası nəticəsində baş verib. Əgər mutasiya baş verməsəydi, məməlilərdə 7 barmaq ola bilərdi. Mutant genlərin artıq ətraflarda 5-dən artıq barmağı əmələ gətirməyə gücü çatmır. 

Digər Xəbərlər