5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

"Vyetnamda Qətl" adlı şəklin tükürpədici tarixçəsi

12-01-2017 | 12:41 | | Oxunma sayı:
Baş Admin: Ramil
"Vyetnamda Qətl" adlı şəklin tükürpədici tarixçəsi

Dünyanın ən yaxşı, həm də ən dəhşətli şəkilləri hər kəsin maraq obyekti olub. Bu gün sizə həmin şəkillərdən biri haqqında məlumat verəcəyik.

Gördüyünüz bu məşhur şəkil "Vyetnamda Qətl" (Execution in Saigon) adı ilə tanınır. Dünyanın ən məhşur fotolarından biri olmasına baxmayaraq, şəkli çəkən fotomüxbir Eddie Adams həmişə peşmançılıq hissi ilə yaşayıb. Çünki görüntünün arxasındakı əsl hekayə tamamilə fərqli idi.  Şəkildə silahı tutan şəxs Nguyen Loandır. O, Cənubi Vietnam Ordu generalıdır. Hədəfdəki isə Van Lemdir. O, "Viet Cong" yəni "Milli Azadlıq Cəbhəsi"  ordusunda  yer alan və Saygon bölgəsindəki  bir çox cinayətdə günahlandırılan şəxsdir. İlk öncə bu dövrdəki vəziyyəti qısa izah etməyə çalışaq.

Şəkil Vyetnam müharibəsi əsnasında çəkilib.  Vietnam müharibəsi 1 noyabr 1955-ci ildə başlayıb,  30 aprel 1975-ci ildə Cənubi Vietnamın paytaxtı Sayqonun təslim olması ilə bitən soyuq mühabirə dövrünə aid hərbi konfliktdir. Bu müharibə kommunist müttəfiqlərin dəstəklədiyi Şimali Vyetnamla,  Amerika və anti-kommunist dövlətlərin dəstəklədiyi Cənubi Vyetnam arasında baş verib. Şimali Vyetnama məxsus və yüngül texnika ilə silahlanan "Viet Cong" (Milli Azadlıq Cəbhəsi) bölgədə anti-kommunist qüvvələrə qarşı partizan müharibəsi aparırdı. 

Hədəfdəki Van Lem də Milli Azadlıq cəbhəsində vuruşanlardan biri idi. Tarix 1 fevral 1968-ci ili göstərirdi. Sayqonun əsasən çinlilər yaşadığı Çolon küçəsində, "Milli Azadlıq Cəbhəsi"nin  bir əsgəri Cənubi Vyetnamlı əsgərlər tərəfindən əlləri bağlı şəkildə  gətirilir. General Nguyen Ngoc Loan silahını qorxmuş Van Lemə doğru tutur. Hadisə yerində Associated Press-in foto müxbiri  Eddie Adams və NBC operatoru Vo Suu var idi. Hadisə zamanı Eddie Adams vaxt itirmədən şəkillər çəkir və bunun adi bir sorğu-sual olacağını düşünürdü. Amma belə olmadı. Van Lem general tərəfindən yerindəcə öldürüldü. Eddia Adams və Vo Suu gözlərinin qarşısında birinin öldürülməsinin şokunu yaşayarkən, tarixə həkk olunacaq görüntüləri çəkdiklərini də dərk edirdilər.

Adams şəkli çəkdikdən bir gün sonra şəkil, "New York Times"- ın ilk səhifəsində yayımlanır və daha sonra bütün dünyaya yayılır. Şəkil müharibəyə qarşı keçirilən kampaniyaların əsas açar şəkli olur. Bütün dünya mediası tərəfindən birinci səhifədə yayımlanan bu şəkil Vyetnamda nələrin olduğuna dair ABŞ çəmiyyətində müzakirələrə yol açır. Bu hadisə bizə tək bir şəklin cəmiyyətdə nələri dəyişdirə biləcəyini göstərir. Şəkil Eddie Adamsa da şöhrət gətirir. O, 1969-cu ildə "Pulitzer" mükafatını qazanır. (Pulitzer mükafatı, New York şəhərində, Kolumbiya Universiteti tərəfindən jurnalistika, musiqi və ədəbiyyat sahələrində önəmli işlər görmüş şəxslərə verilən bir mükafatdır.)

Eddie Adams "Pulitzer" mükafatını qazandıqdan sonra "New York Times" -a bunları deyir: 

"General o gənci yerindəcə öldürdü və mən də kameramla o generalı öldürdüm. Şəkil hələ də dünyada ən güclü silahdır. Bir şəkil yalan desə belə insanlar ona inanır. Çəkdiyim şəklin deyə bilmədiyi yalnız bir şey var. Əgər o isti bir gündə, o yerdə, o an bir, iki və ya üç amerikalını öldürmüş birinin başına silah dayamış olan həmin generalın yerində siz olsaydınız, nə edərdiniz? " 

Hadisənin Vo Suu tərəfindən çəkilmiş videosu da var. Amma o video, şəkil qədər səs-küylü olmadı. Bu da bir şəklin hərəkətli görüntü üzərində qazandığı qələbələrdən biri idi. 

Milli Azadlıq Cəbhəsinin üzvü olan Van Lemin taleyi hamıya bəllidir. O, yerindəcə dünyasını dəyişir. Şəkildəki gənci öldürərək bir həyata son verən Nguyen Ngoc Loan hadisədən bir neçə ay sonra bir tüfənglə vurulur və ayağının birini itirir. O, 1975-ci ildə Vyetnamı tərk edib Amerikaya köçür. Nguyen burada pizza  restoranı açır. Amma o, 1991-ci ildə ifşa olunur. Hamı artıq onu tanıyır. Eddie Adams bunu bilən kimi onu ziyarət etməyə gedir. Son dəfə onun yanına gedən Eddie Adams pizza restoranının tualet qapısında bu yazını görür ""We know who you are, fucker".

General Nguyen, əllərində "sən qatilsən" yazılı plakatlar olan insanları görməkdən bezir və pizza restoranını 1991-cilin sonlarında bağlamaq məcburiyyətində qalır. O, 14 iyul, 1998-ci ildə Virciniyadakı evində xərçəng xəstəliyindən vəfat edir. Adams daha sonra adlarına vermiş olduğu zərərdən ötrü general Nguyenin ailəsindən üzr istəyir. Eddie Adams 2004-cü ildə 71 yaşında dünyasını dəyişir. 

Adams general haqqında son olaraq bunları dedi: "O insan bir qəhrəman idi. Amerika onun üçün ağlamalıdır. Onun haqqında heç nə bilmirlər."

Görüntünün arxasında hansı hekayə olursa olsun, bu şəkil müharibəyə baxışımızı tamamilə dəyişir və dəyişməyə də davam edəcək. 

Digər Xəbərlər