5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Nasistlər üçün "gəlin hazırlayan məktəb"

12-01-2017 | 11:50 | | Oxunma sayı:
Baş Admin: Ramil
Nasistlər üçün "gəlin hazırlayan məktəb"
Almaniyanın Nasional Sosialist təşkilatının bir toplantısında Adolf Hitler “qadının müasir dünyada rolu” barədə suala belə cavab vermişdi: “Kiçik dünya ilə heç kəs məşğul olmasa, böyük dünyanın halı nə olardı?”
 
Hitlerin yaxın silahdaşlarından biri sayılan German Herinq də bu düşüncədə idi. O, qızlara deyirdi: “Əlinizə tava, döşəməsilən, süpürgə götürün və ərə gedin”. İdeal həyat yoldaşı olmaq istəyən qızlar üçün isə nasist Almaniyasında məktəb və düşərgələr açıldı. Onların məqsədi cəmiyyətə yaxşı qadınlar bəxş etmək idi.
 
Birinci Dünya müharibəsi cəmiyyətin ruhunu əməlli-başlı dəyişmişdi. Milyonlarla kişi müharibədə həlak olmuşdu. Nəticədə kişilər azlıq təşkil etdiyindən, bir çox başsız qalmış qadın ailə qura bilmirdi. Bu səbəbdən qızlar və dul qadınlar istər-istəməz işləmək, bu yolla dolanmaq məcburiyyətində qaldılar.
 
Əksər qadınlar təhsil almağa can atırdılar. Məhz müharibədən sonrakı illərdə qadınlar nəinki ev işləriylə (paltar yumaq, təmizlik etmək) məşğul olur, eyni zamanda sırf kişilərə məxsus iş sahələrinə də əl atmağa başladılar. Məsələn, hüquq  və müəllimlik sahəsində çalışan qadınların sayı getdikcə artmağa başladı. Amma nasistlər hakimiyyətə gəldikdən sonra dəyişikliklər başladı. Böyük dünyada bütün işlərlə ancaq kişilər məşğul olmalı idi.
 
Qadınların əsas məşğulliyyəti ərə getmək və böyük Almaniya üçün əsgər dünyaya gətirmək olmalı idi. Evdar qadın olmaq istəməyən qızların həyatını nasistlər sözün əsl mənasında cəhənnəmə çevirirdilər.
 
1937-ci ildə nasistlər "arvad hazırlayan məktəb" adlı təhsil ocağı açdılar. SS zabitlərinə və pariya funksionerlərinə ərə gedən qızlar bu məktəbdən keçməli idilər. Bu məktəbdə qızlara evdarlıq, uşağa qulluq və kənd təsərrüfatı işləri öyrədilirdi. Məktəbi uğurla bitirən qız nasistlər üçün ideal qadın obrazı idi. Qadınlara ali məktəblərdə təhsil almaq, ofis və istehsalat sahələrində işləmək qadağan edilirdi.
 
Məktəbə ancaq ari irqindən olan qızlar qəbul edilirdi (bəzən qanında 8/1 yəhudi qanı olan alman qızlar üçün istisnalar da edilirdi). Məktəbə qəbul edilən qızların heç bir fiziki qüsuru və psixi xəstəliyi olmamalı idi. Eyni zamanda, valideynlərindən hansısa biri şizofreniya xəstəliyindən əziyyət çəkən qızlar da məktəbə qəbul edilmirdi.
 
“Gəlinlər məktəbi” adlandırılan kurslarda gənc qızlar “arvadlıq” öyrənirdilər. Kursun rəhbəri Hertruda Şolts-Klink idi. O, nasional-sosialist qadınlar təşkilatının sədri idi. Nasional-sosialist qadınlar təşkilatının 1943-cü ildə 7 milyon üzvü vardı.
 
Təhsil ocağında SS üzvləri və nasional-sosialist partiyasının işçiləri ilə nikaha girmək istəyən qızlar oxuyurdu. 1939-cu ildə siyahı genişləndirildi və seçim üçün qızlara zabit ərlər də təklif edildi.
 
İlk məktəb Berlin ətrafında yerləşən Vannezee adasındakı Şvanenverder adasında (Hebbels və Albert Şpeerin villasına yaxın yerdə) fəaliyyətə başladı. 1944-cü ilə qədər Almaniyada artıq 32 belə məktəb var idi.
 
Təşkil edilən kurslarda gəlinlərə bəlağət elmi, kübar ədalar və uşaqlara qulluq da öyrədilirdi. Kurs bitəndə bütün elmlərə yiyələnən gəlinlərə sertifikat verilirdi. Bu sertifikat isə, nümunəvi alman kişisi ilə ailə qurmaq üçün kifayət idi...
 
Nasistlər üçün "gəlin hazırlayan məktəb"Nasistlər üçün "gəlin hazırlayan məktəb"Nasistlər üçün "gəlin hazırlayan məktəb"Nasistlər üçün "gəlin hazırlayan məktəb"Nasistlər üçün "gəlin hazırlayan məktəb"Nasistlər üçün "gəlin hazırlayan məktəb"

Digər Xəbərlər