5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Atəş (işıq) böcəyi necə işıq saçır?

11-01-2017 | 16:21 | | Oxunma sayı:
Atəş (işıq) böcəyi necə işıq saçır?

Bu sirli böcəklərin 2 min növü olmaqla, erkəyləri qanadlı dişiləri isə qanadsızdır.

     Yaz gecələrinin qaranlığında otların arasında və ya havada uçarkən parıldayan, yanıb sönərkən sarı-yaşıl bir işıq saçan bu böcəyi yəqin ki, görmüsünüz. Yanına yaxınlaşdığınız zaman işığını söndürən, gecənin qaranlığında izini itirən bu böcəyin adı Atəş Böcəyidir.

Əslində bu böcəyin verdiyi işığın alovla və ya istiliklə bir əlaqəsi yoxdur. Bunun elmi adı 'soyuq işıq'dır ki,günümüzün texnologiyası hələki bu müəmmalı işığı süni yollarla çıxara bilməmişdir. Elm adamları dünyada milyonlarca il mövcud olan təbiətin möcüzəvi işığının mexanizmasını tapmaq, sonra da süni yollarla istehsal edib insanların xidmətinə təqdim etmək üçün araşdırmalarını sürətləndirmişdir.

     Qısa bir zaman əvvəlinə qədər sürtünmə və ya istilik olmadan işığın əldə edilməsinin imkansız olduğuna inanılırdı. Necə ki, normal bir lampanın ona verilən enerjinin yüzdə 4'nü, florasansa lampa isə yüzdə 10'nu işığa dönüşdürə bilir, geri qalanını istilik olaraq yayırsa, atəş böcəyində də oxşar bir vəziyyət olduğunuz zənn edən elm adamları, böcəyin bu iş üçün istifadə etdiyi enerjinin hamısını işığa dönüştürə bildiyini kəşf etmişdir. İndi gələk atəş böcəyinin işıq istehsal etmək mexanizmasına... Əslində atəş böcəklərinin işıq vermək reaksiyaları o qədər sürətlidir ki, bu funksiyanın necə işə düşdüyünü və necə davam etdirildiyini izləmək imkansıza yaxındır. Yəni işıq istehsal etmək mexanizması haqqındakı məlumatlar hələdə sadəcə teoriya olaraq qalır. Dəqiq olaraq bilinən bunun molekulyar səviyyədə kimyəvi bir reaksiya olduğu, bəzi molekulların ayrılaraq daha yüksək enerji halına keçəbildiklərini və bu yüksək enerjini işığa çevirəbildikləridir.

     Atəş böcəyinin qarın nahiyyəsindəki işıq orqanında olan vəzilərdən, işıq əldə etməkdə rol oynayan iki əsas kimyəvi maddə ifraz olunur. Bunlardan birincisin kimyəvi quruluşu işıqlandırılmış və süni olaraq əldə edilib. İkincisinin isə quruluşundakı sirrin tapılmasına baxmayaraq sintetik olaraq istehsal edilməsi hələdə mümkün olmayıb. Atəş böcəklərində ifraz olunan iki iki kimyəvi maddənin birləşməsinin də işıq saçmağa bəs etmədiyi, böcəyin işıq saçan nahiyyəsinə yaxın tənəffüs orqanının işıq saçmaq anında bu nahiyyətni oksigenlə təmin etməsinin lazım olduğu təsbit edilmişdir. Bilinməyən bir başqa məsələ isə bu işığın hansı şalterin açıb bağladığıdır.

     Bu sirrli böcəklərin 2 min növü var. Erkəyləri uça bildiyi halda dişiləri isə qanadsızdır. Erkəylər dişiləri tapmaq üçün gecələr uçurlar və işıqlarını bir-birləri arasında əlaqə vasitəsi kimi istifadə edirlər. Ən yaxşı işığı inkişaf etmiş dişilər verirlər. Atəş böcəkləri gecələri 3 saat işıq verə bilirlər.

     Ümumiyyətlə dişləyərək yedikləri ilbizləri yedikləri üçün nəmli olan bölgələrdə daha çox rastlanırlar. İşıq saçmağı təmin edən kimyəvi maddələr sayəsində, təsadüfən bu böcəyi yeyən başqa bir böcək, onu qusmaq məcburiyyətində qalar və bir daha başqa atəş böcəyi yeməyə risk etməz.

Atəş (işıq) böcəyi necə işıq saçır?Atəş (işıq) böcəyi necə işıq saçır?

Digər Xəbərlər