5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Ness gölündə yaşayan əjdaha

10-01-2017 | 10:58 | | Oxunma sayı:
Baş Admin: Ramil
Ness gölündə yaşayan əjdaha

Şotlandiyada yerləşən Lox-Ness gölündə daim hansısa bir varlığın yaşaması haqda əfsanələr gəzib. Hətta Lox-Ness `bədheybəti` haqda məlumatlar bizim eranın 565-ci ilindən var. Dəfələrlə şəkli çəkilsə də, məxluqun görüntüsünü tam aydınlaşdırmaq olmur. Bəziləri bunun hətta dinozavrlar dövründən qalma məxluq hesab edirlər.

Bu yaxınlarda isə İlgiltərənin Uindermir gölündə bədheybətin şəklini çəkmək mümkün olub və onu eynilə Lox-Ness gölündəki məxluqa bənzədiblər.
Uindermir gölünün ərazisi 15 kvadrat km-dir. Gölün maksimum dərinliyi isə 70 metrdir. 

Britaniyalı Elli Uilyams gölün peyzaj və fəsilə uyğun dəyişməsini müşahidə etmək üçün, Leyk-Distrikt qoruğunda ştativlə şəkillər çəkib. Sonradan Elli çəkilmiş şəkillərə baxıb və fotolarda hündürboylu məxluqu görüb.

Elli deyir: “Uindermir gölünə peyzaj və fəsilə uyğun gölün necə dəyişməsini müşahidə etmək üçün getmişdim. Çəkilmiş təsvirlərə baxdıqda orada hündürboylu məxluq gördüm. Əvvəlcə bunun qu quşu və ya qaz olduğunu düşündüm. Sonradan mənə dedilər ki, bu məxluq Lox-Ness bədheybətinə bənzəyir”.

Digər Xəbərlər