5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Qarışqalar arasındakı fantastik əlaqə

09-01-2017 | 13:03 | | Oxunma sayı:
Baş Admin: Ramil
Qarışqalar arasındakı fantastik əlaqə

Məşhur bir türk yazarı uşaq yaşlarında qarışqalarla oynadığı bir oyun haqqında yazırdı: “Uşaq olarkən evimizə saysız-hesabsız qarışqalar dolmuşdu. Evin harasında olursa-olsun, ən xırda yemək qırıntısını belə tapırdılar. Mən də siz deyən, elə sakit uşaq deyildim. Ona görə də bir fənd qurdum. Müşahidə edib gördüm ki, yeyəcək bir qırıntı tapan kimi bir qarışqa o andaca digərlərinə xəbər verir. Mən də evin bəzi yerlərinə yemək parçaları yerləşdirdim. Bir qarışqanın onları tapmasını gözlədim. Alındı, qarışqanın biri gəlib həmin qırıntıya yaxınlaşdı və tez o biri “dostlarına” xəbər verməyə getdi. Bu vaxt mən həmin yeməyi qoyduğum yerdən götürdüm. Bu hərəkətimi üç-dörd dəfə təkrarladığım üçün qarışqalar da yalançı bir duruma düşdü. Bir sözlə, bir neçə saatlıq fəaliyyətim bütün qarışqaları bir-birinin yanında yalançı etdi. Artıq qarşılıqlı etibar qalmadığından biri “Burada yemək var” desə də, başqaları ona inanmayacaqdı. Odur ki, bir-birinə etibarını itirən qarışqalar evimizi tərk etdilər”.

Digər Xəbərlər