5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

İçinə cin girmiş Anneliza, masanın altına girib hürür və böcəklər yeyirdi..

06-01-2017 | 20:06 | | Oxunma sayı:
Baş Admin: Ramil
İçinə cin girmiş Anneliza, masanın altına girib hürür və böcəklər yeyirdi..

Almaniyada yerləşən balaca Klinqeberq şəhəri kütləvi dini sitayiş yerinə çevrilib. Minlərlə insan Anneliza Mişelin məzarını ziyarətə gedir. Mişel 23 yaşında faciəli ölümü ilə yadda qalıb. O, doğulandan qorxu içində yaşayıb. Ailəsi dindar imiş. Atası keşiş olmaq istəyib, amma bu alınmayıb. Qızın üç xalası isə rahibə olublar. Mişelin ailəsinin də digər ailələr kimi öz sirri vardı. 

1948-ci ildə Annelizanın anası qızı Martanı dünyaya gətirir. Lakin həmin vaxt o, əri ilə rəsmi nikahda olmur. Bu o qədər biabırçı bir şey kimi qəbul edilirdi ki, toy günündə gəlin başını qara örtüklə örtür. Dörd il sonra Anneliza dünyaya gəlir. Ana qızlarına dindarlığı təlqin edir ki, işlətdiyi günahı ört-basdır etsin. 8 yaşı olanda Marta böyrəyindəki şişdən ölür. Hissiyatlı Anneliza günahların yuyulmasının vacib olduğunu daha dərindən hiss edir. Qızda əsl günah xəstəliyi yaranır. O hər addımda ətrafında yuyulması vacib olan günahlar görür. 16 yaşı olanda Annelizada güclü tutmalar başlayır. Həkimlərin yazdığı heç bir dərman ona kömək etmir. Qız daim huşsuz və depressiyada olur. Valideynləri qərar verirlər ki, məsələ Annelizanın içinə girən şeytanlardır. Qız özü isə qarabasmalı dualardan şikayət edir.

1973-cü ildə Annelizada depressiya başlayır və o, intihar haqqında düşünür. Qızın qulağına səslər gəlir. Anneliza iki dəfə yerli keşişə müraciət edir ki, onun içindəki şeytanları qovsun, lakin keşiş imtina edir. Səbəb isə o olur ki, qız heç də içinə şeytan girmişə bənzəmir. Qızın vəziyyəti hər gün pisləşir. Lakin o, gündəlik dini ayin - 600 dəfə əyilib-qalxma hərəkətini edir. Nəticədə dizləri yara olur.

Sonra başqa qəribəliklər meydana çıxır. Qız stolun altına girib hürür, böcək, hətta ölü quş başı yeyir. Bir neçə il sonra artıq pis vəziyyətdə olan Anneliza keşişə yalvarır ki, ayin keçirsin. Bu dəfə də imtina edildikdən sonra qız ailə üzvlərinin üzərinə hücum edir ki, İsanın şəkillərini yığışdırsınlar. Yalnız bundan sonra keşişlər evə gəlirlər. Anneliza həkimlərin köməyindən tamamilə imtina edir.

Sonralar həkimlər diaqnoz qoyurlar - müalicəsi mümkün şizofreniya. Şeytanın qovulması ayini keşiş Arnold Renz və köməkçisi Ernstom Alt tərəfindən aparılır. 9 ay ərzində keşiş həftədə bir neçə dəfə seans keçirir. Onların sözlərinə görə, qızın bədəninə İuda İskariota, Lyusifer, Kaina və Adolf Hitler şeytanları giribmiş. Ayin zamanı qızın səsi yazılır. Lakin mütəxəssislər onu dinləyib, hər hansı nəticəyə gəlməyin qeyri-mümkün olduğunu deyirlər. Anneliza özü isə seans ərzində çırpındığı üçün yatağa bağlanır. 

1976-cı ildə orqanizmi zəif Anneliza pnevmaniyaya yoluxur. Özünə gəlmədən vəfat edir. 

Valideynləri Annelizanını Martanın yanında dəfn edirlər. Həmin qəbirstanlıq qeyri-qanuni doğulanlar və intihar edənlər üçün nəzərdə tutulubmuş. Annelizanın ölümündən sonra valideynlər və keşiş cinayət işinə cəlb edilirlər. Həkimlər qızın müalicəsi mümkün xəstəliyə yoluxduğunu, sadəcə valideynlərinin bu müalicəyə əngəl olduqlarını bildirirlər. Cəza isə yüngül olur. İki keşiş və valideynlər sadəcə şərti olaraq 6 ay azadlıqdan mərhum edilirlər. 

Annelizanın ölümündən sonra da dini şaiyələr kəsilmir. 1998-ci ildə Şərqi Almaniyadan olan rahibə Mişelin ailəsinə bildirir ki, onun gözünə xəyal görünüb. Deyir ki, Anneliza qəbirdə də rahat deyil, onun cəsədi heç çürüməyib də, çünki qara qüvvələr ondan əl çəkmir. Ailə qəbri açmağa qərar verir. Böyük izdihamın gözü önündə qəbir açılır. Ailə yalnız Mişelin skeletini görəndən sonra rahatlaşır. 
Mişelin anası bu gün də yaşayır. Onun 80-dan çox yaşı var. Qadının əri ölüb, digər üç qızı onu tərk edib. O hələ də yaşadıqlarından sonra özünə gələ bilmir. Pəncərəsindən isə iki qızının qəbri görünür...

İçinə cin girmiş Anneliza, masanın altına girib hürür və böcəklər yeyirdi..

Digər Xəbərlər