5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Finlandiyada bu ildən etibarən işsiz vətəndaşlara hər ay 560 avro pul veriləcək

04-01-2017 | 14:35 | | Oxunma sayı:
Baş Admin: Ramil
Finlandiyada bu ildən etibarən işsiz vətəndaşlara hər ay 560 avro pul veriləcək

Finlandiya hökuməti öz vətəndaşlarının bütün ödəmələrini qarşılayaraq pulla necə davrandıqlarını yoxlamaq üçün sınaq keçirməyi planlaşdırır.

Yanvar ayından başlayaraq ümumi baza gəlirləri sisteminində eksperiment aparılacaq. Əvvəlcə sınaq üçün 2000 nəfər işsiz Finlandiya sakinindən “istifadə olunacaq”. İşsizlər və kasıblar arasında təsadüfi seçim ediləcək. Seçilən hər kəsə hər ay 560 avro ödənəcək.

Finlandiyanın baş naziri Yuxa Sipilanın sözlərinə görə, əgər hamı bu sınaqdan müvəffəqiyyətlə keçəcəksə, layihə ölkənin bütün sakinlərini əhatə edəcək. Bu isə əhalinin məşğulluğunu artırmağa imkan verəcək və sosial güzəştlər sistemini sadələşdirəcək.

Xatırladaq ki, ötən ilin iyununda İsveçrə dünyada bütün sakinlərə işləyib-işləməməsindən asılı olmayaraq, hər ay təxminən 2500 frank məbləğində ödəniş təklif edən ilk ölkə oldu.

Digər Xəbərlər