5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Rus yazıçısı Yevgeni Petrovun mistik həyatı

04-01-2017 | 04:31 | | Oxunma sayı:
Baş Admin: Ramil
Rus yazıçısı Yevgeni Petrovun mistik həyatı

Məktubu oxuyan qohumları şoka düşmüşdülər...

Sovet yazıçısı Yevgeni Petrovun qəribə hobbisi vardı. O, müxtəlif ölkələrə məktub yazırdı. Amma göndərdiyi ünvanları, şəhər və küçə adlarını uydururdu. Yəni məktubda göstərilən ünvanda yalnız ölkənin adı düz olurdu. Az müddətdən sonra poçt xidməti məktubları yenidən Petrova qaytarırdı. Çünki ünvan düz yazılmayanda məktub yenidən onu göndərən insana qaytarılır. Geri qayıtmış məktubların üzərində müxtəlif ölkələrin poçt möhürləri olurdu ki, Petrov da bunları kolleksiyasına yığırdı.

1939-cu ilin əvvəlində yazıçı yeni mektub yazdı. Bu dəfə uzaq Yeni Zellandiyaya. Uydurduğu şəhər və küçənin, insanların adı da vardı. Haydberdvil şəhəri, Raytbic küçəsi ev 7. Petrov həmin ünvanda yaşayan Meril Ocin Uesli adlı şəxsə ingiliscə məktub yazmışdı: "Əziz Meril, Pit dayının dünyasını dəyişməsindən kədərləndim. Möhkəm ol. Bağışla ki, çoxdandı yazmirdim. Inqridə salam de. Qızının üzündən öp. Yəqin, böyüyüb. Sənin Yevgenin".

Məktubu göndərməsindən 2 ay keçdi. Ancaq məktub geri gəlmədi. Yazıçı elə bildi ki, məktub yolda itib. Biraz dilxor oldu. Çünki kolleksiyasında Yeni Zellandiyanın poçt markası yox idi. Sonra bu barədə unutdu. Lakin məktubun cavabı gəldi. Avqust ayında. Petrov heyrətlənmişdi. Ona uydurduğu ünvandan Yeni Zellandiya Haydberdvil şəhəri, Raytbic küçəsi ev 7-dən cavab yazmışdılar. Bəlkə kimsə zarafat edirdi? Yox, məktubu göndərən şəxsin də adı Meril idi. Məktubda yazılmışdı: "Əziz Yevgeni, başsağlığına görə təşəkkür edirik. Pit dayının ölümü bizə pis təsir etdi. Indi indi özümüzə gəlirik. Bilirsən, İnqridlə.tez-tez səninlə keçirdiyimiz günləri yada salırıq. Qızım Qloriya böyüyüb. Bu il 2-ci sinifə gedəcək. Sənin Rusiyadan alıb ona gətirdiyin ayı oyuncağını hələ də saxlayır. Hə, o vaxt bizimlə çəkdirdiyin fotonu da göndərirəm".

Petrov heç vaxt Yeni Zellandiyada olmamışdı. Odur ki, fotoya baxanda heyrətləndi. Şəkildə iricussəli kişi onu, yəni Petrovu qucaqlamışdı. Axı, bu necə ola bilərdi? Petrov şəkli çevirib arxasına baxdı. Orda fotonun çəkilmə tarixi vardı. 9 oktyabr, 1938-ci il. Yazıçını sanki elektrik cərəyanı vurdu. Həmin günü yaxşı xatırlayırdı. Yazıçının ağciyəri soyuqlamışdı. Onu ağır halda xəstəxanaya çatdırmışdılar. Orada huşunu itirmişdi. Həkimlər bir neçə gün onun həyatını xilas etmək üçün calışırdılar. Qohumlarına demişdilər ki, yaşamaq şansı çox azdır. Ancaq sonucda yazıçı yaxşılaşdı. Bəs huşsuz vəziyyətdə olarkən o, Yeni Zellandiyaya necə gedib cıxmışdı? Aydınlaşdırmaq üçün yeni məktub yazdı. Yeni Zellandiyadan cavab məktubu almağa isə imkan olmadı. Böyük vətən müharibəsi başlamışdı. Yazıçı da digərləri kimi cəbhəyə yollandı. Petrov cəbhəyə hərbi müxbir kimi yollandi. "Pravda" qəzetinin xüsusi müxbiri kimi. Dostları onu tanımırdılar. Yeni Zellandiyadan aldığı məktubdan sonra yazıçı çox dəyişmişdi. Daha zarafat etmirdi, qaraqabaq olmuşdu. 1942-ci ildə isə Sevastopoldan Moskvaya uçarkən almanlar Rostov şəhəri yaxınlığıda Petrovun da olduğu təyyarəni vurdular. Qəribədir ki, yazıçının həlak olduğu gün onun Moskvadakı ev ünvanına Yeni Zellandiyadan daha bir məktub gəldi. Qohumları məktubu oxuyub şoka düşdülər. Məktubda Meril Petrova özünü qorumağı tövsiyə edirdi. Xüsusən bir cümlə maraqlı idi; "Yevgeni yadındadır bizdə olarkən gölə getdik. Su soyuq olsa da çimdin. Qorxurdum ki, batacaqsan. Sən isə güldün. Dedin ki, ölümün suda olmayacaq. Təyyarədə qəzaya düşəcəksən. Xahiş edirəm, mümkün qədər təyyarədə uçma"...

Digər Xəbərlər