5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Yuli Sezarın intiqamı

30-12-2016 | 10:57 | | Oxunma sayı:
Baş Admin: Ramil
Yuli Sezarın intiqamı

25 yaşlı Yuli Sezar Egey dənizini keçərkən dəniz quldurlarına əsir düşür.
Plutarxın verdiyi məlumatlara görə, quldurlar ondan 20 gümüş talant 
(təxmini 620 kq gümüş, yaxud indiki 600 min dollar) tələb etmişdilər. Sezar bunu eşitdikdə onu gülmək tutur. Çünki 20 talant onun kimi bir şəxsiyyət üçün utancverici bir məbləğdir. Daha sonra isə o, quldurlara bildirir ki, onların hələ xəbəri yoxdur ki, onlar kimi əsir götürüblər. Sezar quldurlardan məbləğin 50 talant edilməsini tələb edir. Sözsüz ki, quldurlar etiraz etmədilər və Yuli Sezar öz adamlarından birini gümüşləri gətirməsi üçün göndərdi. Məbləğ 38 gün ərzində gətirilməli idi.
Bir müddət keçdikdən sonra Sezar quldurlarla öz tabeliyində olan adamlar kimi davranmağa başladı. Hətta yatanda onlardan öz aralarında danışmamağı tələb edirdi. İlk günlərini o monoloq və poemaların yazılmasına həsr edirdi və o bu yazdıqlarını daha sonradan dəniz quldurlarına oxuyurdu. Yavaş-yavaş hökmranlığı ələ almağa bacarırdı. Zaman keçdikcə dəniz quldurları ona hörmətlə yanaşmağa başladılar və gəmi daxilində və öz adaları çərçivəsində ona sərbəstlik yaratdılar. O dəniz quldurları ilə dost münasibəti saxlasa da, tez-tez təkrar edirdi ki, azad olan kimi gəlib onların hamısını edam edəcək.
Amma Sezarın bu sözlərini ciddi qəbul etmirdilər. Tələb olunan məbləğ gətirildikdən sonra Sezar azad edildi. Vətənə döndükdən sonra kiçik bir dəstə toplayaraq saxlanıldığı adaya yollandı. Bütün dəniz quldurları tutularaq Sezarın vəd etdiyi kimi edam edildi. Sezar 50 talantını geri qaytarmaqla yanaşı, quldurların digər xəzinələrini də ələ keçir
di.

Digər Xəbərlər