5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

Ölüm otağı

29-12-2016 | 09:45 | | Oxunma sayı:
Baş Admin: Ramil
Ölüm otağı

Ontario,Kanadadakı Amhurstberg qəsəbəsi; Detroit Çayı sahilində tikilmiş sevimli və köhnə bir qəsəbə

Böyük metropoliten bölgəsindən bir saatlıq avtomobil səfəriylə, sanki bir əvvəlki əsrdən izlər daşıyan bu qəsəbəyə çatılır. Ən yaxşı yoldaşlarımdan biri olan Patti Henson, Windsor Universitetində oxuyarkən ailəsi ilə birlikdə qalırdı. Ailəsi atasının ləl-cəvahirat dükanı üçün uyğun bir yedə ferma evi almışdı. Pattinin iki böyük çoban iti vardı və bu evə köçmələri ən çox onları xoşbəxt etmişdi. 
Lkin bir narahatlılıq var idi bu evdə. Arxa yataq otaqlarından biri həmişə soyuq idi. Qızdırıcılara yansa da, otaq sümükləri donduracaq qədər soyuq idi. Sonra Patti, çoban itərinin o otağa heç girmədiklərini müəyyən etdi. Zorla itlər içəri soxulsalar da mırıldanır, qulaqlarını geriyə yatırdır və icazə verilər, verilməz otağı tərk edirdilər. 
Bir dəfə məni yeməyə dəvət etmişdilər və səbəb olduğunu söyləmədən o yataq otağına girib nələr hiss etdiyimi öyrənmək istədilər. Qəbul etdim və otağa girər girməz, "tikan üstündə oturur" kimi oldum. İçim üşümüşdü və özümü çox kədərli hiss edirdim. Bunu Pattiyə izah etdim və ailədəki hər kəs bu otaqdaykən eyni şeyi hiss etdiklərini izah etdilər mənə. Heç kim o otaqda yatmaq istəmirdi və əgər yatmaq məcburiyyətində qalsalar, qorxunc bir ölümlə əlaqədar kabuslar görürdülər. Yataq otağının qapısı heç cür bağlı qalmırdı. Arada bir, ətrafda kimsələr yoxkən və pəncərələr də bağlıykən yüksək bir səslə birdən açılırdı. 
Marağım artdığından, sabahısı gün yerli Tarix Dərnəyi ilə əlaqə yaratdım və öyrəndim ki, o otaqda qısqanc bir ər arvadını bıçaqlayaraq vəhşicəsinə öldürmüşdü. Daha sonra isə öz biləklərini kəsib, intihar etmişdi. Təbii ki, itlərə hər kəs haqq verdi, madam girmək istəmirdilər, girməyəcəkdilər. O otaq ölüm otağı idi..

Digər Xəbərlər