5

MMSD.AZ
 
Ən Çox Oxunanlar

“Ginnesin Rekordlar Kitabı”na düşən Azərbaycanlılar

17-12-2016 | 12:32 | | Oxunma sayı:
“Ginnesin Rekordlar Kitabı”na düşən Azərbaycanlılar
Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belcikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı «Ginnesin rekordlar kitabı»na düşmüş ilk azərbaycanlıdır. Həmvətənimiz 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) cəkməklə bu şərəfə nail olub. F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib. Onun 1992-ci və 1995-ci illərdə Afinada və İstanbulda fərdi sərgiləri təşkil edilib. Həmyerlimiz 2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur «Belqium» muzeyində Belcika kralicası Fabiolanın rəsmini cəkib. Əsər kralicanın cox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib. Vətənimizin Belcikada tanınması sahəsində yorulmadan təbliğat aparan F.Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir. 
 
Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı «Ginnesin Rekord- lar Kitabına» düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordcuların siyahısına 7 yaşı olanda düşüb.
 
Stanislav Şpanin «Ginnesin Rekordlar Kitabına» planetin ilk gənc professional rəssamı kimi düşübdür. Bakı şəhərində anadan olan Stanislav bir cox beynəlxalq mükafatların sahibdir.
 
Cənubi azərbaycanlı Hüseyn Rezazadə «Ginnesin Rekordlar Kitabına» planetimizin an güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran həmyerlimiz 2004-cü ildə 263.5 kq. ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələyibdir.

Digər Xəbərlər